Bakı. Trend:
İsrailin baş naziri Benyamin Netanyahu mayın 19-da ABŞ-ın milli
təhlükəsizlik müşaviri Ceyk Sallivanı qəbul edib.
Trend-in
məlumatına görə, bu barədə İsrail baş nazirinin mətbuat xidməti
bildirib.
Məlumata əsasən, onların söhbətinin əsas mövzusu Qəzza
zolağındakı vəziyyət, o cümlədən İsrail ordusunun anklavın
cənubundakı Rəfah şəhəri ərazisində davam etdirdiyi əməliyyatlar
olub.
“Tərəflər Qəzza zolağında müharibənin davam etdirilməsi, Rəfaha
xüsusi diqqət yetirilməsi, zolağın sakinlərinə humanitar yardım,
girovların azad edilməsi ilə bağlı danışıqlar və şimal
istiqamətində baş verənləri müzakirə ediblər”, – deyə qeyd
olunub.
Görüşdə, həmçinin İsrailin strateji planlaşdırma naziri Ron
Dermer, Yəhudi Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Haneqbi
və Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali
Afrika üzrə koordinatoru Brett Makqurk iştirak ediblər.





























