Bakı. Trend:
İran prezidenti İbrahim Rəisini Xudafərindən Təbrizə aparan
helikopterin qalıqları tapılıb.
Trend-in
məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri
Pirhüseyn Kulivənd deyib.
Onun sözlərinə görə, hazırda axtarış-xilasedici qrupları
helikopterə doğru irəliləyir.
Kulivənd ərazinin çətin relyefli və hava şəraitinin
qeyri-münasib olduğunu bir daha diqqətə çatdırıb.
Qeyd edək ki, bu gün İran prezidenti İbrahim Rəisi, xarici işlər
naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə
nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan vilayətinin
valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopterin
sərt eniş etdiyi bildirilib. Qəzadan sonra helikopterlə iki dəfə
əlaqə saxlanılıb. Sonradan əlaqə kəsilib.





























