Advertisement

1-ci vitse-prezident İran prezidentinin vəzifəsini icra edəcək

Bakı. Trend:

İranın 1-ci vitse-prezidenti Məhəmməd Moxber İran prezidentinin
vəzifəsini icra edəcək.

Trend-in
məlumatına görə, İran konstitusiyasının 131-ci maddəsinə əsasən,
İran prezidenti öldükdə, vəzifəsindən uzaqlaşdırıldıqda, istefa
verdikdə, 2 aydan çox xəstələndikdə İranın Ali Liderinin razılığı
əsasında 1-ci vitse-prezident prezidentin vəzifələrini müvəqqəti
icra edir.

İran konstitusiyasına əsasən, maksimum 50 gün ərzində yeni
prezident seçilməlidir.

Qeyd edək ki, mayın 19-da İran prezidenti İbrahim Rəisi, xarici
işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz
üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşimi, Şərqi Azərbaycan
vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan
helikopterin sərt eniş etdiyi bildirilir. Qəzadan sonra
helikopterlə iki dəfə əlaqə saxlanılıb. Sonradan əlaqə kəsilib.