Advertisement

Yaponiya və Cənubi Koreya hərbi mübadilələri bərpa etmək niyyətindədir

Bakı. Trend:

Yaponiya və Cənubi Koreya hökumətləri hərbçilər arasında
dayandırılmış mübadilələri bərpa etmək niyyətindədir.

Trend-in
məlumatına görə, bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.

Məlumata görə, tərəflər mayın 31-dən iyunun 2-dək Sinqapurda
keçiriləcək Asiya Təhlükəsizlik Konfransı çərçivəsində iki ölkənin
müdafiə nazirlərinin görüşünün təşkili barədə razılığa
gəliblər.

Xatırladaq ki, 2018-ci ilin dekabrında Cənubi Koreya
donanmasının gəmisinin Yapon patrul təyyarəsini radarla ələ
keçirməsi hadisəsindən sonra iki ölkə arasında hərbi mübadilələr
dayandırılıb.