Bakı. Trend:
ICE London qitələrarası birjasında keçirilən ticarət
əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü
ilin iyul müqaviləsinin dəyəri 0,12% artaraq 1 barelə görə 84.08
ABŞ dolları təşkil edib.
Trend xəbər vrir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin
iyununda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə
0,06% azalaraq 1 barelə görə 80.01 ABŞ dolları təşkil edib.





























