Bakı. Trend:
İranın Tehran Birjası İran prezidenti və onu müşayiət edən
heyətin helikopter qəzasında ölümü ilə bağlı fəaliyyətini
dayandırıb.
Trend-in məlumatına görə, İranın Birja Təşkilatı bildirib ki, bu
gün (20 may) Tehranın qiymətli kağızlar, məhsul və enerji birjaları
fəaliyyət göstərməyəcək.
Təşkilat növbəti günlərlə əlaqədar məlumat verəcəyini elan
edib.
Qeyd edək ki, ötən gün (19 may) İran prezidenti İbrahim Rəisi və
onu müşayiət edən heyəti Xudafərindən Təbrizə aparan helikopter
vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9
nəfər həlak olub.





























