Advertisement

Rəisini aparan helikopterin qalıqları 2,5 min metr yüksəklikdə tapılıb

Bakı. Trend:

İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən heyəti
Xudafərindən Təbrizə aparan helikopterin qalıqları 2,5 min metrlik
yüksəklikdə tapılıb.

Trend-in məlumatına görə, bunu İranın Qırmızı Aypara
Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd jurnalistlərə yeni
açıqlamasında bildirib.

Onun sözlərinə görə, qəzaya uğrayan helikopterin tapılması
əməliyyatında 2 mindən xilasedici iştirak edib.

Kulivənd helikopter tapıldıqdan sonra əraziyə çatmaq üçün 40
dəqiqə məsafənin qət olunduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici
işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz
üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan
vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan
helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza
nəticəsində 9 nəfər həlak olub.