Advertisement

ABŞ Gürcüstanda bəzi məmurlara qarşı sanskiyalar tətbiq edəcək – KİV

Bakı. Trend:

ABŞ Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun
layihəsini təşviq edən məmurlara və digər şəxslərə qarşı
sanskiyalar tətbiq edəcək.

Trend xəbər
verir ki, bu barədə “Politico” nəşri yazıb.

Nəşrin məlumatına görə, ABŞ hökuməti bu şəxslərin Gürcüstanda
demokratiya, insan haqları və ölkənin təhlükəsizliyinə zərər
vurmaqda maddi məsuliyyət daşıdığı fikrindədir və onlara qarşı
sanksiyaların tətbiq olunmasını nəzərdə tutur.

Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti parlamentində
“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü
oxunuşda qəbul edib. Qanun layihəsi gəlirlərinin 20 faizindən çoxu
xaricdən əldə olunan qeyri-kommersiya hüquqi şəxslərin və KİV-lərin
xüsusi reyestrdə qeydiyyata alınmasını nəzərdə tutulur.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun