Advertisement

Avropa Mərkəzi Bankı inflyasiya proqnozunu aşağı salıb

Bakı. Trend:

Avropa Mərkəzi Bankı (AMB) 2024-cü və 2025-ci illər üçün
avrozonada inflyasiya proqnozlarını aşağı salıb.

Trend-in
məıumatına görə, Bankın cümə axşamı keçirilən iclasının yekunları
üzrə dərc etdiyi yeni proqnozlara əsasən, avrozonada istehlak
qiymətlərinin artım tempi 2024-cü ildə 2,3 faiz, 2025-ci ildə 2
faiz olacaq. Ötən ilin dekabrında verilən əvvəlki proqnozda müvafiq
olaraq 2,7 faiz və 2,1 faiz artım nəzərdə tutulurdu.

Ərzaq və enerji xərcləri nəzərə alınmadan əsas inflyasiyanın
2024-cü ildə 2,6 faiz, 2025-ci ildə isə 2,1 faiz olacağı
gözlənilir.

Proqnozlara görə, bu il avrozonanın ÜDM-i 0,6 faiz artacaq.
Dekabrda 0,8 faiz artım gözlənilirdi. 2025-ci il üçün proqnoz 1,5
faiz səviyyəsində qalıb.

2026-cı ildə yeni proqnoza əsasən, avrozonada inflyasiya 1,9
faiz, baza inflyasiyası 2 faiz, ÜDM-in artım tempi 1,6 faiz
olacaq.