Advertisement

London məhkəməsi “Wikileaks”in qurucusunun lehinə qərar çıxarıb

Bakı. Trend:

London məhkəməsi “Wikileaks”in qurucusu Culian Assancın lehinə
qərar çıxarıb, belə ki, o ABŞ-yə ekstradisiya qərarından yenidən
apellyasiyaya verə bilər.

Trend xəbər
verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, Assanc ABŞ-də Birinci düzəlişlə təmin olunan
hüquqlardan və mühafizə vasitələrindən, o cümlədən söz və mətbuat
azadlığından yararlana bilər.

Bundan başqa, ABŞ Assancı ölüm hökmünün gözləmədiyini bildirib.
Onun vəkili Edvard Fitscerald bu təminatın qəbul edildiyini deyib,
lakin Birinci düzəlişlə əlaqəli təminatı “qeyri-adekvat”
adlandırıb.

Qeyd edək ki, 52 yaşlı jurnalist Belmarş həbsxanasında qalmağa
davam edir.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun