Advertisement

Helikopterin qəzaya uğraması səbəbləri araşdırılacaq – İran Silahlı Qüvvələri Baş Qərargah rəisi

Bakı. Trend:

İran Silahlı Qüvvələri Baş Qərargah rəisi general-leytenant
Məhəmməd Hüseyn Baqeri İran prezidenti İbrahim Rəisi və onu
müşayiət edən heyəti Xudafərindən Təbrizə aparan helikopterin
qəzaya uğramasının səbəblərinin araşdırılmasına göstəriş verib.

Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.

Məlumata görə, qəzanın baş vermə səbəbləri ilə əlaqədar bu gün
bir sıra hərbi rəsmilər, mütəxəssislərin iştirakı ilə koordinasiya
iclası keçirilib.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici
işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz
üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan
vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan
helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.

Qəza nəticəsində 9 nəfər həlak olub.