Bakı. Trend:
Hindistanın mərkəzi hissəsində yerləşən Çxattisqarx ştatında
pikap tipli avtomobil dərəyə düşüb.
Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, bu barədə ölkənin polis məlumat
yayıb.
Məlumata görə, pikapın sərnişinləri tendu yarpaqlarını yığdıqdan
sonra meşədən qayıdırmışlar.
Avtomobil yoldan çıxaraq dərəyə düşüb. Nəticədə azı 18 nəfər
ölüb, 4 nəfər yaralanıb.





























