Advertisement

Çində inflyasiya qeydə alınıb – Trend.Az

Bakı. Trend:

Çin İstehlak Qiymətləri İndeksi fevral ayında 2023-cü ilin eyni
dövrü ilə müqayisədə 0,7 faiz artıb.

Trend xəbər verir ki, Çin hökuməti 2024-cü ildə qiymətlərin 3
faiz artacağını gözləyir.

Çində ötən ilin avqustundan bəri ilk dəfə inflyasiya
tendensiyası yaranıb. Həmin vaxt İstehlak Qiymətləri İndeksi 0,1
faiz bahalaşmışdı.

Ötən ay ərzaq məhsullarının qiymətləri illik müqayisədə 0,9 faiz
ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri 1,1 faiz bahalaşıb.
İstehlak mallarının qiymətləri 0,1 faiz azalıb, xidmətlərin
qiymətləri isə 1,9 faiz artıb.