Bakı. Trend:
Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər
Kabinetinin iclası başlayıb.
Trend xəbər verir ki, bu
barədə ölkə KİV-ləri məlumat yayıb.
Məlumata görə, Prezident Kompleksində keçirilən iclasının əsas
gündəliyi ölkə iqtisadiyyatındakı son vəziyyət olacaq.
İclasda 9-cu Mühakimə paketi islahatı, təhsil işçilərinə qarşı
şiddətə görə cəzaların artırılması ilə bağlı işlər, eləcə də
inflyasiya və süni qiymət artımı ilə mübarizə çərçivəsində həyata
keçirilən tədbirlərin nəticələri müzakirə olunacaq.





























