Advertisement

İran Rəisinin helikopterinin axtarışı ilə bağlı ABŞ-a müraciət edib – Dövlət Departamenti

Bakı. Trend:

İran hökuməti prezident İbrahim Rəisinin qəzaya uğrayan
helikopterinin axtarışı ilə bağlı ABŞ-dan kömək istəyib.

Trend-in bazar ertəsi verdiyi məlumata görə, bunu ABŞ Dövlət
Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə
deyib.

“İran hökuməti bizdən kömək istədi və biz onlara açıq şəkildə
bildirdik ki, belə bir vəziyyətdə xarici hökumətin istənilən
müraciətinə cavab olaraq yardım təklif edəcəyik. Biz bu yardımı
göstərə bilmədik. Mən təfərrüatlara varmayacağam. Əsasən
maddi-texniki səbəblərə görə biz bu yardımı göstərə bilmədik”, –
deyə o bildirib.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici
işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz
üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan
vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan
helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.

Qəza nəticəsində 9 nəfər həlak olub.