
Bakı. Trend:
Almaniya iqtisadiyyatının əsasını təşkil edən bir çox ailə
biznesi hökumət tərəfindən şirkətlərin maliyyələşdirilməsinin
məhdudlaşdırılması və elektrik enerjisinin qiymətinin artması
səbəbindən təhlükə altındadır.
Trend-in
məlumatına görə, bu barədə “Bloomberg” məlumat yayıb.
“Narahatlıq Almaniyada hələ də ölkə iqtisadiyyatının əsasını
təşkil edən və təhlükə ilə üzləşən təxminən üç milyon ailə
biznesinin artan narazılığını əks etdirir. Almaniyanın Konstitusiya
Məhkəməsi hakim koalisiyaya həddindən artıq büdcədənkənar maliyyəni
dayandırmağı əmr etdikdən sonra şərtlər daha da mürəkkəbləşdi”, –
deyə “Bloomberg” yazır.
Agentlik qeyd edir ki, həddindən artıq bürokratiya, kredit və
istiqrazlara xidmət üzrə yüksək xərclər, elektrik enerjisinin
qiymətinin artması da biznesə maneələr yaradır. Bundan əlavə,
COVID-19 pandemiyası bu sahəyə ciddi ziyan vurub.





























