Advertisement

Təbrizdə İran prezidenti ilə vida mərasimi başlayıb

Bakı. Trend:

Təbriz şəhərində İran prezidenti İbrahim Rəisi və onunla
birlikdə həlak olan heyətin ilə vida mərasimi başlayıb.

Trend xəbər verir ki, bu barədə “IRNA” agentliyi məlumat
yayıb.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici
işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz
üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan
vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan
helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza
nəticəsində 9 nəfər həlak olub.

Vida mərasiminin Təbriz şəhərindən sonra yerli vaxtla saat 16-da
İranın şimalında yerləşən Qum vilayətində ziyarətgahda, saat 21-də
Tehranın İmam Xomeyni ibadət məkanında təşkil olunacağı
gözlənilir.

Sabah (22 may) İranın Tehran şəhərində Tehran Universitetində
yerli vaxtla 07:30-da namaz qılınacaq və vida mərasimi
keçiriləcək.

Yerli vaxtla sabah Tehranda yüksək rütbəli xarici heyətlərin
iştirakı ilə İran prezidenti ilə vida mərasimi təşkil olunacaq.

23 mayda İranın şimal-şərqində yerləşən Cənubi Xorasan
vilayətində yerli vaxtla saat 8-də İran prezidenti ilə vida
mərasimi təşkil olunacaq.

23 mayda günorta vaxtı İranın şimal-şərqində yerləşən Rəzəvi
Xorasan vilayətinin Məşhəd şəhərində İmam Rza ziyarətgahında vida
və dəfn mərasimi təşkil olunacaq.