
Bakı. Trend:
İranın Enerji Birjasında 10 martda 24,7 min ton karbohidrogen
məhsullar satışa çıxarılacaq.
Trend-in məlumatına görə, bu, İranın Enerji Birjasının
məlumatında öz əksini tapıb.
Məlumata görə, Enerji Birjasının daxili bölməsində təxminən 17
min ton satışa çıxarılacaq.
Abadan Neftayırma Şirkətinin 5 min ton iso feed, 3 min ton ağır
nafta, 3 min ton CO, 2 min ton yüngül nafta, 300 ton butan
Bistoon Neft-Kimya Şirkətinin 2 min ton solvent 503
İsfahan Polad Şirkətinin 480 ton maye oksigen, 360 ton maye
nitrogen
Tabas Parvadeh Daş-Kömür Şirkətinin 600 ton ağır qatran yağı
Zarand Polad Şirkətinin 120 ton maye nitrogen
Asaluye Halal Eliksir Şirkətinin 90 ton normal pentan
Məlumatda bildirilir ki, Enerji Birjasının beynəlxalq bölməsində
7,77 min ton məhsul satışa çıxarılacaq.
Bəndər-Abbas Neftayırma Şirkətinin 6 min ton maye qaz (LPG)
İsfahan Neftayırma Şirkətinin 1,77 min ton solvent 402
Qeyd edək ki, İranın Enerji Birjasında karbohidrogen məhsulların
satışa çıxarılması böyük əhəmiyyət kəsb edir. İran məhz Enerji
Birjası vasitəsi ilə yerli şirkətlərin ehtiyac duyduğu
karbohidrogen məhsulları təmin etməyə, həm də ixracı artırmağa
çalışır.





























