Advertisement

Almaniyanın XİN rəhbəri Kiyevə gözlənilməz səfər edib

Bakı. Trend:

Almaniyanın xarici işlər naziri Annalena Berbok Kiyevə
gözlənilməz səfər edib.

Trend xəbər
verir ki, bu barədə Almaniya KİV məlumat yayıb.

Almaniyanın Ukrayna ilə həmrəy olduğunu bildirən Berbok Kiyevə
yardımı davam etdirməyə, xüsusən hava hücumundan müdafiə
vasitələrinin tədarükünü gücləndirməyə çağırıb.

Xatırladaq ki, Annalena Berbok bu yaxında britaniyalı həmkarı
Devid Kameronun qanadlı raketlərin dairəvi mübadiləsi barədə
təklifini nəzərdən keçirməklə bağlı təklifini nəzərdən keçirməyə
hazır olduğunu bildirib.

Məlumata görə, Almaniya Böyük Britaniyaya “Taurus” raketlərini
tədarük edə, əvəzində isə London Ukraynaya “Storm Shadow” raketləri
ötürəcək. Beləliklə, Berlin rəsmi olaraq Kiyevə qanadlı raketlər
ötürməyə görə məsuliyyətdən azad olacaq.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun