Advertisement

Keşişin siyasətlə məşğul olması qəbuledilməzdir – Simonyan

Bakı. Trend:

Ruhani şəxsin siyasətlə məşğul olması qəbuledilməzdir.

Trend xəbər
verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan
keşiş Baqrat Qalstanyanın delimitasiya prosesinə etiraz edənlərə
başçılıq etməsi ilə bağlı jurnalistlərə deyib.

“Siyasət ticarətdir, İncildə isə deyilir: “Mənim atamın evini
bazara çevirməyin!”. Sizə elə gəlir ki, beynəlxalq tərəfdaşlarla
danışıqlar aparmağımız ticarət deyil? Koalisiyaların yaradılması,
siyahıların tərtib olunması – bütün bunlar ticarətdir. Kilsə isə öz
işini buraxıb hazırda bununla məşğul olur”, – o deyib.

Qeyd edək ki, Ermənistanda bir müddətdir Azərbaycanla
sərhədlərin delimitasiyası prosesinə etiraz edən müxalifətçilər
etirazlar keçirirlər. Onlar Ermənistanla Azərbaycan arasında sərhəd
dirəklərinin quraşdırılmasına, Tovuzun işğal altında olan bir neçə
kəndinin Azərbaycana qaytarılmasına, ümumilikdə sülh prosesinə mane
olmağa çalışırlar.

Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının rəhbəri,
arxiyepiskop Baqrat Qalstanyan delimitasiya prosesinə etiraz edən
aksiyalara başçılıq edir.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun