Advertisement

Yanvar-aprel aylarında Rusiya vətəndaşları Türkiyədə mindən çox daşınmaz əmlak alıb

Bakı. Trend:

2024-cü ilin yanvar-aprel aylarında Rusiya vətəndaşları
Türkiyədə 1 654 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin
eyni dövrü ilə müqayisədə 3 min 78 obyekt azdır.

Trend xəbər verir ki, bu
barədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz
Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.

Məlumata görə, bu ilin aprel ayında Rusiya vətəndaşları
Türkiyədə 293 daşınmaz əmlak alıblar ki, bu da 2023-cü ilin aprel
ayı ilə müqayisədə 524 obyekt azdır.

Qeyd edək ki, 2024-cü ilin aprel ayında Türkiyədə 75 min 569
mənzil satın alınıb ki, bu da 2023-cü ilin aprel ayı ilə müqayisədə
11,8 faiz azdır.

Məlumata görə, 2024-cü ilin yanvar-aprel aylarında Türkiyədə 355
min 173 mənzil satın alınıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə
müqayisədə 3,7 faiz azdır.

2024-cü ilin aprel ayında Türkiyədə xarici vətəndaşlara 1 272
mənzil satılıb ki, bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 50,3
faiz azdır.

Eyni ilin yanvar-aprel aylarında əcnəbi vətəndaşlar Türkiyədən 6
min 957 mənzil alıblar ki, bu da keçən ilin eyni dövrü ilə
müqayisədə 48,4 faiz azdır.