Advertisement

Aralıq dənizində 4,7 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD)
saytında yer alan məlumata görə, saat 16:55-də Aralıq dənizi
sahillərində 4,7 bal gücündə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, zəlzələnin episentri Antalyanın Demre
rayonundan 19,08 kilometr aralıda olub.

Zəlzələnin ocağı 35,12 kilometr dərinlikdə yerləşib.