Advertisement

Simonyan erməni kilsəsinin vergiyə cəlb olunmasını təklif edib

Bakı. Trend:

Ermənistan parlamentinin spikeri Alen Simonyan erməni kilsəsinin
vergiyə cəlb olunmasını təklif edib.

Trend xəbər
verir ki, Simonyan müvafiq təklifi bu gün Ermənistan parlamentində
çıxışında irəli sürüb.

“Bəsdir, hisslərimiz və tariximizlə oynadınız. Artıq siyasətlə
məşğul olur, diaspordan pul yığır, şərab satır, restoranlara sahib
olur, lakin vergi vermirsiniz”, – o deyib.

Qeyd edək ki, Ermənistanda bir müddətdir Azərbaycanla
sərhədlərin delimitasiyası prosesinə etiraz edən müxalifətçilər
etirazlar keçirirlər. Onlar Ermənistanla Azərbaycan arasında sərhəd
dirəklərinin quraşdırılmasına, Tovuzun işğal altında olan bir neçə
kəndinin Azərbaycana qaytarılmasına, ümumilikdə sülh prosesinə mane
olmağa çalışırlar.

Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının rəhbəri,
arxiyepiskop Baqrat Qalstanyan delimitasiya prosesinə etiraz edən
aksiyalara başçılıq edir.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun