Advertisement

Fransada neft emalı zavodunda yanğın olub

Bakı. Trend:

Fransada “Esso-Exxon Mobil” müəssisəsində yanğın baş verib.

Trend xəbər verir ki, hadisə Fransanın şimalındakı Port
Jerom-Qraveşon qəsəbəsində yerləşən neft emalı zavodunda qeydə
alınıb.

Məlumata görə, yanğın xam neftin yanacağa çevrilməsi mərkəzində
olub.

Beş nəfər tibbi yardıma müraciət edib, onlardan ikisi
xəstəxanaya yerləşdirilib.