Bakı. Trend:
Vladimir Tolstoy Rusiya prezidentinin müşaviri vəzifəsindən azad
edilib.
Trend rus KİV-lərinə
istinadən xəbər verir ki, müvafiq sərəncamı Rusiya lideri Vladimir
Putin imzalayıb.
Qeyd edək ki, Vladimir Tolstoy prezidentin mədəniyyət üzrə
müşaviri olub. O, bu vəzifəni 23 may 2012-ci ildən tutub.
Xatırladaq ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin
Aleksandra Levitskayanı da müşaviri vəzifəsindən azad etmişdi.





























