Bakı. Trend:
2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin Gemlik limanı 4
milyon 45 min 234 ton yük qəbul edib.
Trend xəbər verir ki, bu
barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur
Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, Gemlik limanından Türkiyə
bayrağı altında üzən 427 min 612 ton yük, digər ölkələrin
bayraqları altında üzən gəmilərlə isə 3 milyon 617 min 622 ton yük
daşınıb.
“2024-cü ilin yanvar-aprel aylarında Türkiyənin Gemlik
limanından 7 milyon 894 min 792 ton tranzit yük aşırılıb”, – deyə
nazirlikdən bildirilib.
Qeyd edək ki, 2024-cü ilin aprel ayında Türkiyə limanları 34
milyon 395 min 89 ton yük qəbul edib.
Bu dövr ərzində Türkiyə bayrağı altında gəmilərlə daxili
limanlara yük qəbulu 2 milyon 367 min 713 ton təşkil edib.
“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında
gəmilərlə yük daşınması 32 milyon 27 min 376 ton olub”, – deyə
nazirlikdən bildirilib.
Bununla yanaşı, 2024-cü ilin aprel ayında Türkiyə limanlarından
6 milyon 77 min 466 ton transit yük daşınıb.
Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar-aprel
aylarında Türkiyə limanları 137 milyon 168 min 261 ton yük qəbul
edib.
“Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 10 milyon 72 min
186 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə
isə Türkiyə limanlarına yükdaşımalar 127 milyon 96 min 75 ton
təşkil edib”, – deyə məlumatda qeyd edilib.
Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-aprel aylarında
Türkiyə limanlarından 22 milyon 938 min 589 ton transit yük
daşınıb.
Qeyd edək ki, 2024-cü ilin aprel ayında Türkiyə limanları 4 min
756 gəmi qəbul edib
Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin
bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 329, Türkiyə
bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 427 olub.
2024-cü ilin yanvar-aprel aylarında Türkiyə limanları 18 min 477
gəmi qəbul edib.
“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən
digər ölkələrin bayraqları altında olan gəmilər 12 min 704, Türkiyə
bayrağı altında olan gəmilər isə 5 min 773 olub”, – deyə
nazirlikdən bildirilib.





























