Advertisement

ABŞ Çinə qarşı sanksiyaların genişləndirildiyini açıqlayıb

Bakı. Trend:

ABŞ Rusiya Federasiyasına ikili təyinatlı məhsulların tədarükünə
görə sanksiyalarıb tətbiq edildiyi Çin şirkətlərinin siyahısını
genişləndirməyi planlaşdırır.

Trend-in
məlumatına görə, bu barədə ABŞ dövlət katibi Antoni Blinken
bildirib.

Onun sözlərinə görə, ABŞ artıq 100-dən çox müəyyən edilmiş Çin
strukturlarına məhdudiyyətlər qoyub.

“Biz bunu etməyə davam edəcəyik”, – deyə A.Blinken qey edib.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar “Avropa və digər
tərəfdaşlarla səyləri əlaqələndirmək niyyətindədir”.