Bakı. Trend:
Gürcüstanın hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan”
partiyası bildirib ki, Venesiya Komissiyasının “xarici agentlər”
haqqında qanunla bağlı rəyinin heç bir hüquqi əsası yoxdur.
Trend-in məlumatına görə, bu barədə brifinqdə parlament
çoxluğunun üzvü Salome Kurasbediani deyib.
O qeyd edib ki, Venesiya Komissiyasının rəyində peşəkar hüquqi
əsas yoxdur və çoxlu faktiki yanlış məlumatlar var.
“Nəticədə Venesiya Komissiyası QHT-lərin və medianın
şəffaflığının pis və qeyri-demokratik olduğunu yazmağa məcbur oldu.
Bu, təbii ki, bu təşkilata və onun qorumalı olduğu dəyərlərə inamı
sarsıdır”, – deyə S.Kurasbediani bildirib.
Qeyd edək ki, bundan əvvəl Venesiya Komissiyası Gürcüstanda
qəbul edilmiş xarici təsirin şəffaflığı haqqında qanuna rəyini dərc
edib və hakimiyyətə onu indiki formada ləğv etməyi qətiyyətlə
tövsiyə edib.





























