Bakı. Trend:
Rusiya, iranlı tərəfdaşlarına eyhtiyac olduğu təqdirdə, İran
prezidenti İbrahim Rəisini daşıyan helikopterin qəzaya uğramasının
səbəblərinin müəyyən edilməsində ekspert dəstəyi verməyə
hazırdır.
Trend-in
məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Dövlət
Dumasının spikeri Vyaçeslav Volodin ilə görüşü zamanı deyib.
“Əgər həmkarlarımızın ehtiyacı varsa, biz onlara bu fəlakətin
əsl səbəblərinin müəyyən edilməsində ekspert dəstəyi, ekspert
yardımı göstərmək üçün hər şeyi etməyə hazırıq”, – deyə V.Putin
bildirib.
Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici
işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz
üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan
vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan
helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza
nəticəsində 9 nəfər həlak olub.





























