Bakı. Trend:
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü sürətləndirmək
üçün bütün tədbirləri görür.
Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Antoni
Blinken bildirib.
“Sizi əmin edə bilərəm ki, biz ukraynalılara [hərbi] yardımın
birbaşa çatdırılmasını sürətləndirmək üçün əlimizdən gələni edirik
ki, yardım onlara çatsın”, – deyə A.Blinken ABŞ Senatının
Təxsisatlar Komitəsində Vaşinqtonun Kiyevə silah ötürməsi ilə bağlı
məsələləri şərh edərkən qeyd edib.
Eyni zamanda o, senator Syuzan Kollinzin Amerika
administrasiyasının Kiyevə müəyyən iri silah sistemləri vermə
prosesini ləngitməsi ilə bağlı qınaqlarını rədd edib. “Mənim bu
məsələyə sizin dediyinizdən fərqli baxışım var,” – deyə A.Blinken
bildirib.





























