Bakı. Trend:
İrlandiya hökuməti mayın 22-də Fələstin ərazilərinin müstəqil
dövlət kimi tanındığını elan edəcək.
Trend-in məlumatına görə, bu barədə “Reuters” agentliyi
mənbələrə istinadən bildirib.
Məlumatına görə, Baş nazir Simon Harris və xarici işlər və
müdafiə naziri Mixol Martin bu səhərə planlaşdırılan media çıxışı
zamanı qərarı açıqlayacaqlar.
Daha əvvəl M.Martin “Newstalk” radiosuna müsahibəsində demişdi
ki, İrlandiya bu ayın sonuna qədər Fələstin ərazilərini müstəqil
dövlət kimi tanımaq niyyətindədir.





























