Advertisement

“Meta” Slovakiyanın Baş nazirinə sui-qəsd edən şəxsin feysbuk hesabını silib

Bakı. Trend:

“Meta” korporasiyası Slovakiyanın Baş naziri Robert Fitsonun
həyatına sui-qəsd edən Juray Çintulanın feysbuk sosial şəbəkəsindən
hesabını silib.

Trend-in məlumatına görə, bu barədə “Aktuality” xəbər portalı
məlumat yayıb.

Məlumata görə, hesab mayın 16-na keçən gecə silinib. Korporasiya
bu addımı vətəndaşlar və cəmiyyət üçün təhlükə yaradan feysbuk
istifadəçiləri ilə bağlı mövcud qaydalara əsaslanaraq atıb.

Slovakiyanın daxili işlər naziri Matus Şutai-Eştok daha əvvəl
bildirmişdi ki, Fitsonun həyatına sui-qəsd işi üzrə istintaq
hadisənin təkbaşına törədilmədiyi versiyası üzərində işləyir.