Advertisement

Vyetnamın yeni prezidenti seçilib – Trend.Az

Bakı. Trend:

Vyetnam Sosialist Respublikasının (VSR) Milli Assambleyası
(birpalatalı parlament) 15-ci çağırış Milli Assambleyasının Hanoyda
keçirilən yeddinci sessiyasında hakim partiyanın Vyetnam Kommunist
Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, ictimai
təhlükəsizlik naziri, ordu generalı To Lamı yeni prezident
seçib.

Trend-in
məlumatına görə, bu barədə Milli Assambleyanın mətbuat xidmətinin
rəhbəri Buy Van Kıonq bildirib.

Məlumata əsasən, 66 yaşlı To Lamın dövlət başçısı seçilməsi ilə
bağlı qətnaməni Milli Assambleyanın iclasda iştirak edən 473
deputatından 472-si dəstəkləyib.

Qeyd edilib ki, Vyetnam Konstitusiyasına əsasən, Milli
Assambleya ölkə rəhbərliyini təyin və vəzifədən azad etmək
səlahiyyətinə malik olan ən ali orqan hesab olunur.