Bakı. Trend:
Türkiyədə səfərbərlik elan etmək səlahiyyəti ölkə prezidentinə
verilib.
Trend xəbər
verir ki, müvafiq fərman Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
tərəfindən imzalanıb.
Fərmana əsasən, ölkədə “Səfərbərlik və hərbi vəziyyət haqqında
Nizamnamə” ləğv edilib, bunun əvəzinə “Səfərbərlik və hərbi
vəziyyət haqqında Əsasnamə” qüvvəyə minib.
Əsasnaməyə görə, Türkiyədə müharibəni labüd edən vəziyyət
yarandıqda, ölkəyə qarşı üsyan, qiyam baş verdikdə, daxildə və
xaricdə ölkənin bütövlüyü və xalqın birliyi üçün təhdid kimi hallar
baş verdikdə Türkiyə prezidenti ümumi və ya qismən səfərbərlik elan
etmək səlahiyyətinə malikdir.
Qeyd edək ki, bundan əvvəl Türkiyədə səfərbərlik elan etmək
səlahiyyəti Nazirlər Şurasına məxsus idi.





























