Bakı. Trend:
Tacikistan prezidenti Emoməli Rahmon Tehrana səfərə yola
düşüb.
Trend bu
barədə Tacikistan prezidentinin mətbuat xidmətinə istinadən xəbər
verir.
Məlumata görə, Emoməli Rahmon vida mərasimində iştirak edəcəyi
və İran prezidenti İbrahim Rəisin ölümü ilə əlaqədar başsağlığı
verəcəyi gözlənilir.
Tacikistan prezidenti ölkənin xarici işlər naziri, prezidentin
xarici məsələlər üzrə müşaviri və digər rəsmilər müşayiət
edəcək.
Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici
işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz
üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan
vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan
helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.
Qəza nəticəsində 9 nəfər həlak olub.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























