Bakı. Trend:
Bu gün səhər saatlarında İranın şimal-qərbində yerləşən Qərbi
Azərbaycan vilayətində sərnişin avtobusunun avtomobillə toqquşması
nəticəsində 3 nəfər ölüb.
Trend-in məlumatına görə, bunu İranın Qırmızı Aypara
Cəmiyyətinin Qərbi Azərbaycan vilayəti üzrə idarəsinin direktoru
Həmid Məhbubi deyib.
Onun sözlərinə görə, Miyandab-Mahabad yolunda baş verən qəza
nəticəsində 8 nəfər xəsarət alıb.
İdarə rəsmisi deyib ki, yaralılar müalicə mərkəzlərinə
köçürülüb.
Fakta bağlı araşdırma aparılır.





























