Bakı. Trend:
Bu gün Tehranda İran Ali Milli Təhlükəsizlik Şurasının iclası
bütün üzvlərin iştirakı ilə keçirilib.
Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.
İclasda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri
Hüseyn Əmir Abdullahian və onlarla birlikdə helikopter qəzasında
ölənlərin xatirəsi anılıb.
İclasda həmçinin, önəmli daxili, regional və beynəlxalq
məsələlər müzakirə olunub.
Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici
işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz
üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan
vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan
helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.
Qəza nəticəsində 9 nəfər həlak olub.





























