Bakı. Trend:
Ermənistanın antikorrupsiya məhkəməsinə ölkənin keçmiş müdafiə
naziri Vigen Sarkisyanın əmlakının müsadirəsi ilə bağlı iddia
ərizəsi daxil olub.
Trend bu
barədə erməni KİV-ə istinadən xəbər verir.
Məlumata görə, keçmiş nazirin müsadirə olunması tələb edilən
daşınar və daşınmaz əmlakının, o cümlədən pul vəsaitinin məbləği 29
milyon dollardır. Buraya İrəvanın mərkəzində və ABŞ-də milyonlarla
dollar dəyərində əmlaklar, eləcə də 2004-2020-ci illərdə qanunsuz
yolla mənimsənilmiş pul vəsaiti daxildir.
Qeyd olunub ki, Vigen Sarkisyan şübhələri aradan qaldırmaq üçün
sərvətinin bir hissəsini həyat yoldaşı Lusine Qalajyanın adına
rəsmiləşdirib.
Qeyd edək ki, Vigen Sarkisyan 2016-2018-ci illərdə Ermənistanın
müdafiə naziri olub.





























