Advertisement

Fransa Avropanın ən təhlükəli ölkələri arasında birinci yerdədir

Bakı. Trend:

Fransa Avropa qitəsinin ən təhlükəli ölkələri arasında birinci
yerdədir.

Trend xəbər verir ki, bu
statistikanı Fransanın “Ədliyyə İnstitutunun” beyin mərkəzinin
direktoru Pyer-Mari Sev təqdim edib.

Beləliklə, məlumatlara əsasən, bu gün Fransada cinayət indeksi
55,3 faiz təşkil edir.

“Bir ölkənin reytinqi nə qədər yüksəkdirsə, sakinləri onu bir o
qədər təhlükəli hesab edir. Bu, ölkənin təhlükəsizliyi və xüsusən
də sakinlərin öz ölkələrində təhlükəsizliyi necə qəbul etdikləri
barədə yaxşı təsəvvür yaradır”, – direktor qeyd edib.

(Tərcümə: Gülnarə Kərimova)