Advertisement

Estoniya bu dövlətlə sərhəddə hasar çəkəcək

Bakı. Trend:

Estoniya hakimiyyəti Rusiya ilə həmsərhəd ərazinin ətrafında
hasar çəkmək qərarına gəlib.

Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, bunu Estoniyanın daxili işlər naziri
Lauri Lanemets deyib.

Nazir qeyd edib ki, “Tallinn Saatse Boot” adlanan ərazidə Şərq
sərhədinin yaradılması üzrə aparılan işlər genişləndiriləcək.

“Rusiya ilə heç bir torpağı dəyişdirmək fikrində deyilik. Biz bu
hasarı tikməliyik. Hökumət bunun üçün vəsait ayırmalı olacaq.
Təxminən 4 milyon avroluq vəsaitə ehtiyac var”. – o bildirib.