Advertisement

İstanbulda UEFA-nın iki final matçı keçiriləcək

Bakı. Trend:

2026-cı il UEFA Avropa Liqasının, 2027-ci ildə isə Konfrans
Liqasının final görüşləri Türkiyənin İstanbul şəhərində
keçiriləcək.

Trend xəbər verir ki, bu barədə qərar UEFA İcraiyyə Komitəsinin
İrlandiyanın paytaxtı Dublində təşkil olunan iclasında qəbul
edilib.

Avropa Liqasının həlledici görüşü “Tüpraş” stadionunda
keçiriləcək. Konfrans Liqasının final matçını qəbul edəcək
stadionun adı isə açıqlanmayıb.