Bakı. Trend:
Norveç Rusiya vətəndaşları üçün yeni məhdudiyyətlər müəyyən
edib.
Trend xəbər
verir ki, müvafiq qərar Norveç hökumətinin saytında dərc
olunub.
Qərara əsasən, turizm və digər “birinci dərəcəli əhəmiyyət
daşımayan” məqsədlərlə Norveçə səfər etmək istəyən Rusiya
vətəndaşlarına viza verilməyəcək.
Qeyd olunub ki, qohumlarını ziyarət etmək, yaxud işləmək və ya
təhsil almaq məqsədilə ölkəyə gəlmək istəyən Rusiya vətəndaşları
üçün istisnalar edilə bilər.
Bildirilib ki, qərar mayın 29-dan qüvvəyə minəcək.





























