Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Belarusa ikili təyinatlı məhsul və
texnologiyaların ixracını qadağan edəcək.
Trend xəbər
verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Aİ hərbi məqsədlərlə istifadə oluna
biləcək texnologiya və məhsulların Belarusa və ölkə vasitəsilə
ixracını qadağan etməyi planlaşdırır. Bundan başqa, Belarusdan
almaz idxalının da qadağan olunacağı bildirilib.
Qeyd olunub ki, qadağalar Rusiyaya qarşı sanksiyaları
sərtləşdirmək məqsədi daşıyır.





























