Advertisement

Erməni kilsəsi sərəncamındakı istifadə olunmayan torpaq sahələrini dövlətə verməlidir – Artur Hovhannisyan

Bakı. Trend:

Erməni kilsəsinin sərəncamındakı istifadə olunmayan torpaq
sahələri var ki, dövlətin işinə yaraya bilər.

Trend erməni
KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin
hakim “Vətəndaş müqaviləsi” fraksiyasının katibi Artur Hovhannisyan
deyib.

Onun sözlərinə görə, Erməni Apostol Kilsəsi dövlətlə əməkdaşlıq
etməli, maliyyə vəsaitinin “kölgə”dən çıxarılmasına köməklik
göstərməlidir.

“Xristianlıq oğurluq etməmək, korrupsiyada, kölgə fəaliyyətində
iştirak etməmək haqqındadır. Bizim anlayışımıza görə, kilsə məhz bu
məntiqi rəhbər tutmalı və korrupsiyanın baş verə biləcəyi vəziyyət
yaratmamalıdır”, – o deyib.

Qeyd edək ki, Ermənistanda bir müddətdir Azərbaycanla
sərhədlərin delimitasiyası prosesinə etiraz edən müxalifətçilər
etirazlar keçirirlər. Onlar Ermənistanla Azərbaycan arasında sərhəd
dirəklərinin quraşdırılmasına, Tovuzun işğal altında olan bir neçə
kəndinin Azərbaycana qaytarılmasına, ümumilikdə sülh prosesinə mane
olmağa çalışırlar.

Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının rəhbəri,
arxiyepiskop Baqrat Qalstanyan delimitasiya prosesinə etiraz edən
aksiyalara başçılıq edir.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun