Advertisement

Dominikan Respublikası, Səudiyyə Ərəbistanı və Oman ITF-yə üzv olub

Leypsiq. Trend:

Dominikan Respublikası, Səudiyyə Ərəbistanı və Oman Beynəlxalq
Nəqliyyat Forumunun (ITF) tərkibinə daxil olub.

Trend xəbər
verir ki, müvafiq qərar Leypsiq şəhərində keçirilən sammitin
yekunlarına əsasən, təşkilata üzv ölkələrin nazirləri tərəfindən
qəbul olunub.

Bundan başqa, təşkilata sədrlik Litvadan Çiliyə keçib.

Qeyd edək ki, 22-24 may tarixlərində Almaniyanın Leypsiq
şəhərində Litvanın sədrliyi ilə Beynəlxalq Nəqliyyat Forumunun
(ITF) dayanıqlı iqtisadiyyata imkan yaradan nəqliyyat üzrə sammiti
keçirilir. İştirakçılar nəqliyyatın eyni zamanda ekoloji və sosial
dayanıqlılığa səbəb olmaqla, necə iqtisadi artıma imkan yarada
biləcəyi haqqında müzakirələr və fikir mübadiləsi aparır.

Beynəlxalq Nəqliyyat Forumu (ITF) 60-dan çox ölkənin, o cümlədən
Azərbaycanın da iştirak etdiyi hökumətlərarası təşkilatdır.

ITF 2006-cı ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının
(İƏİT) yanında 1953-cü ildən etibarən fəaliyyət göstərən Avropa
Nəqliyyat Nazirləri Konfransının (ECMT) varisi kimi təsis
edilib.

(Tərcümə: Rəna Əbdürəhmanova)