Advertisement

Helikopter qəzasında həlak olan Təbrizin cümə imamı dəfn olunub

Bakı. Trend:

İran prezidenti İbrahim Rəisi ilə birlikdə helikopter qəzasında
həlak olan Təbrizin cümə imamı Məhəmməd Əli Ali Haşim dəfn
olunub.

Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.

Təbrizin cümə imamı Məhəmməd Əli Ali Haşim Təbrizin
“Vadi-Rəhmət” məzarlığında dəfn edilib.

Dəfn mərasiminə vilayət rəsmiləri və əhali qatılıb.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici
işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz
üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan
vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan
helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.

Qəza nəticəsində 9 nəfər həlak olub.