Bakı. Trend:
Ermənistanda Kirants (Güney) kəndinə yeni yol çəkilir.
Trend xəbər
verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Məlumata görə, müvafiq qərar Ermənistan hökumətinin iclasında
qəbul olunub.
Qeyd olunub ki, işin qısa müddətə tamamlanmalı olduğunu nəzərə
alaraq layihələndirici şirkət müsabiqə elan edilmədən
seçiləcək.
Yeni yolun çəkilişinə sərf olunacaq xərclər 25 min dollar
dəyərində qiymətləndirilir.





























