
Bakı. Trend:
“Brent” markalı neftin Londonun “ICE” birjasında may
fyuçerslərinin qiyməti 2023-cü il noyabrın 7-dən bəri ilk dəfə 85
dollar/barel keçib.
Trend-in
məlumatına görə, bu barədə ticarət platformasından məlumat
verilib.
Məlumata əsasən, “Brent” markalı neftin qiyməti 1,37 faiz
artaraq 85,1 dollar/barel təşkil edib.
Eyni zamanda, “WTI” markalı neftin aprel fyuçerslərinin qiyməti
1,69% artaraq 81,2 dollar/barelə çatıb.





























