Advertisement

Aİ-nin Ermənistandakı nümayəndəsi Türkiyə ilə sərhədə gedib

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) Ermənistandakı nümayəndəsi Vasilis
Maraqos ölkənin Dövlət Gəlirləri Komitəsinin sədri Rustam Badasyan
Türkiyə ilə sərhədə gedib.

Trend xəbər
verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri Komitəsi məlumat
yayıb.

Badasyan Aİ nümayəndəsini əsaslı təmiri başa çatmış “Marqara”
nəzarət-buraxılış məntəqəsini göstərib, eləcə məntəqənin
infrastrukturu və fəaliyyətinin təşkili qaydaları ilə tanış
edib.

Qeyd olunub ki, “Marqara” nəzarət-buraxılış məntəqəsində dövlət
sərhəd nəzarəti “vahid pəncərə” sistemi üzərindən kompleks sərhəd
idarəetmə prinsipi əsasında həyata keçiriləcək.

Qeyd edək ki, Türkiyə və Ermənistan arasında sərhədlər 1993-cü
ildən bağlıdır.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun