Advertisement

Peskov rus generalların həbsindən danışıb

Bakı. Trend:

Rusiya Müdafiə Nazirliyi korrupsiya ilə mübarizə aparır.

Trend rus KİV-lərinə
istinadən xəbər verir ki, bu barədə Kreml rəsmisi Dmitri Peskov
brifinq zamanı deyib.

O, yüksək rütbəli hərbçilərin həbsinə münasibət bildirib.

“Bu iş kampaniya deyil, davam edir. Təfərrüatları deyə bilmərəm,
səlahiyyətim yoxdur. Burada hər hansı təşviqatdan söhbət gedə
bilməz. Bu iş istər federal, istərsə də bələdiyyə səviyyəsində
bütün idarələrdə davam edir”, – diplomat əlavə edib.

Qeyd edək ki, Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargah
rəisinin müavini, general-leytenant Vadim Şamarin 2 ay müddətinə
həbs olunub. Baş Qərargah rəisinin müavini 15 ilə qədər azadlıqdan
məhrum edilə bilər.

Xatırladaq ki, bundan əvvəl Rusiya Silahlı Qüvvələrinin 58-ci
Əlahiddə Ümumqoşun Ordusunun keçmiş komandanı, general-mayor İvan
Popov da irimiqyaslı dələduzluq işi üzrə həbs edilmişdi.